EN

Özünə oxşayan qadını öldürmüşdü - cəzası bəlli oldu - FOTO

İraq əsilli Almaniya vətəndaşı Şəhraban K. ailəsindən qaçmaq məqsədilə özü üçün saxta ölüm planlaşdırıb.

Milli.Az xəbər verir ki, o internetdə tanış olduğu özünə oxşayan qadını öldürməkdə ittiham olunur.

Belə ki, Şəhraban K. ailə münaqişəsi zəminində qohumlarından gizlənərək saxta ölüm səhnələşdirmək istəyib.

Dəfn mərasimini reallaşdırmaq istəyən gənc qadın özünə oxşayan birini tapıb öldürməyi planlaşdırıb.

Bu səbəbdən qadın onlayn tanışlıq saytlarına daxil olaraq ona oxşayan 23 yaşlı qadınla görüşmək üçün razılaşıb.

Əlcəzair əsilli 23 yaşlı Xədicə O. Şəhrabana gözəllik salonunda pulsuz müalicə olunacağına söz verdikdən sonra onunla görüşməyə razılaşıb.

25 yaşlı qatil ortağı ilə görüşə gedən Şəhraban gənc qadına 56 bıçaq zərbəsi vuraraq öldürüb.

Daha sonra ikili qadının cəsədini meşəyə ataraq yoxa çıxıblar.

Onun cəsədi tapılanda əvvəlcə Şaraban K-nin özünün öldüyü güman edilib.

Lakin qatil Şəhraban və 25 yaşlı şəriki Şəqir K. pizza alarkən şübhəli şəxs qismində həbs ediliblər.

Nəhayət məhkəmə törədilən cinayətin ağır olduğuna qərar verib və Şəhraban qətlə görə ömürlük həbs cəzasına məhkum edilib. /Lent.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
42
50
milli.az

10Sources