Bakı-Qazax magisrtal yolunda xarici ölkənin vətəndaşı dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, magistralın Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü TIR sürücüsü Adəm Talay dünyasını dəyişib.
İlkin versiyaya görə sürücü ürəktutmasından vəfat edib. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu