EN

Əli Mirəliyev əsəbiləşdi: “Onun psixoloji problemi var”

"İlhaməni mən çoxdan tanıyıram. İnsan kimi yaxşı insandır. Ancaq onun ailə həyatı uğursuz olub. Ona görə onun əsəb sistemi pozulub".

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında müğənni Əli Mirəliyev şairə İlhamə Elşadqızı haqda deyib.

O bildirib ki, onun psixoloji problemi var:

"İlhamə ilə mən illərdir dostluq edirəm. Yaxşı dostluğumuz var, amma o reytinq xətrinə ağlasığmaz hərəkətlər edir. Bu hərəkətləri etməsə, daha yaxşı olardı. Lakin yenə də bunu edir. Görünür ağlını itirib. Əslində o əvvəllər çox sakit, fağır insan idi. Amma indi reytinq xətrinə hər cür ağlasığmaz hərəkətlər edir.

Mən özüm ona dəfələrlə sual vermişəm ki, niyə belə edirsən? Bildirib ki, heç özüm də bilmirəm. Əlbəttə, belə bir şey ağlasığmazdır. Amma istəmərəm onun haqqında nalayiq ifadələr işlədilsin".

Qeyd edək ki, bir müddət əvvəl İlhamə Elşadqızının "TikTok" platformasında etdiyi qeyri-adi hərəkətlər tənqidlərə səbəb olmuşdu. Onun efirdə sərgilədiyi hərəkət tamaşaçılar arasında birmənalı qarşılanmayıb. 

Chosen
17
cebheinfo.az

1Sources