EN

Onların terrorla məşğul olmadığını gördük - Fidan

“Heyət Təhrir əş-Şam”(HTŞ) son 10 ildə hər hansı bir terror fəaliyyəti ilə məşğul olmadığını gördük. Bu yalnız bizim deyil, eyni zamanda Qərb kəşfiyyat orqanlarının da təsbitidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Fransa mediasına açıqlamasında deyib.

“HTŞ İŞİD ilə mübarizədə kəşfiyyat paylaşımı məsələsində bizə çox kömək etdi. Dəməşqdə yeni idarəetmə ilə görüşməyi planlaşdırıram. YPG, Türkiyə, İraq, Suriya və bir hissəsi də Avropadan gələn insanlardan süni şəkildə yaradılaraq təşkilatlanmış terror qurumudur. Bu süni terror təşkilatının dərhal dağıdılması lazım olduğunu düşünürəm. Dəməşqdə yeni bir idarəetmə var. Artıq YPG/PKK-nın arxasında Rusiya, İran və Əsəd rejimi yoxdur”, - o bildirib.

Chosen
22
4
axar.az

5Sources