EN

Zaur Hüseynov bu görüntülərə görə işdən çıxarılıb? – Video

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Metropoliteni QSC-nin rəhbəri Zaur Hüseynov vəzifədən azad edilib.

Turanpress.org Axar.az-a istinadən xəbər verir ki, 2014-cü ildən metropolitenə rəhbərlik edən Zaur Hüseynovun vəzifədən azad edilməsinin səbəbləri sırasında metroda işin düzgün təşkil edilməməsi, qatarlar arasında intervalın artması, metroda ciddi sıxlığın yaranması və s. göstərilir.

Ötən gün “Sahil” metrosunda eskalatorlardan birinin sıradan çıxması, əvəzində ehtiyat eskalatorun vaxtında işə salınmaması səbəbindən metroya düşən sərnişinlərin girişdə qalması və böyük basabas yaranması ilə eyni vaxtda Zaur Hüseynovun vəzifədən azad edilməsi haqda sərəncamın verilməsi diqqət çəkib.

Qeyd edək ki, son zamanlar Bakı metrosunda sərnişinlərin sıxlığını əks etdirən görüntülərin sayı sosial şəbəkələrdə və mətbuatda artmışdı. 

Chosen
24
17
turanpress.com

10Sources