Portuqaliyalı baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında "Fənərbağça" hazırda Türkiyə Superliqasında "ilk altılığ"ında yer alan komandalara qarşı heç bir qələbə qazana bilməyib.
Publika.az xəbər verir ki, "Qalatasaray" (1:3) və "Beşiktaş"a (0:1) məğlub olan İstanbul klubu "Samsunspor", (2:2) "Eyupspor" (1:1) və "Göztəpə" (2:2) ilə də xalları bölüşüb.
Türkiyə çempionatında keçirdiyi 16 matçdan sonra Mourinyonun rəhbərlik etdiyi komanda 36 xal toplayıb və hazırda lider "Qalatasaray"dan 5 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis "Fənərbağça"nın baş məşqçi postunu ötən ilin yayında tutub.