Yay aylarında "Apple" və "Bank of America" səhmlərinin satışı ilə diqqət çəkən məşhur milyarder investor Uorren Baffet (Warren Buffett) önəmli səhmlər alıb.
Valyuta.Az xəbər verir ki, bir çox böyük şirkətdə ciddi paya malik olan "Berkshire Hathaway", bazardakı enişləri qiymətləndirərək son 3 gün ərzində 3 şirkətin səhmlərini əldə edib.
Kriptovalyutalar kimi ənənəvi maliyyə bazarları da çərşənbə axşamından bəri ciddi enişlərlə üzləşərkən, təcrübəli investor Baffet enişləri alım fürsəti kimi qiymətləndirib. Baffetə məxsus "Berkshire Hathaway"-in dünən gecə verdiyi açıqlamalara əsasən, şirkət son 3 gün ərzində 3 fərqli səhm alışı həyata keçirib.
ABŞ mediası "CNBC"-nin məlumatına görə, "Berkshire Hathaway"-in aldığı ən önəmli səhmdar enerji sahəsində fəaliyyət göstərən "Occidental Petroleum" olub. Baffet bu alımla 405 milyon dollar xərcləyərək şirkətdəki payını 28%-dən çox artırıb. Alışlar çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri baş tutub.
Son 3 gündə 560 milyon dollarlıq alışlar
Eyni günlərdə "Berkshire Hathaway" daha 2 önəmli səhmdar alışı reallaşdırıb. Şirkət 113 milyon dollara 5 milyon ədəd "Sirius XM" və 45 milyon dollara 234 min ədəd "VeriSign" səhmdarı əldə edib. Bununla da, son 3 gündə Baffet şirkətinin ümumi alış həcmi 560 milyon dollar təşkil edib.
Fürsəti dəyərləndirdi
92 yaşlı təcrübəli investor bu alımlarla qiymət enişlərindən faydalanıb. "Occidental Petroleum" şirkətinin səhmləri bu ay 10%-dən çox dəyər itirmişdi. Bu şirkət "Berkshire Hathaway"-in ən böyük səhmdar payına sahib olduğu 6-cı firma olaraq qalır.
Daha kiçik miqyaslı yatırımlar edilən "Sirius XM" son 1 ayda 23% ucuzlaşıb. Digər şirkət "VeriSign" isə 2024-cü ildə yalnız 6%-lik enişlə məhdudlaşmışdı.
Xatırladaq ki, Baffet yay aylarında əlindəki "Apple" səhmlərinin yarısını 85 milyard dollara satmış və bu hərəkəti çox müzakirə olunmuşdu.
Valyuta.Az