EN

Azərbaycanda bu şəxslərin kreditinin tam yarısı bağışlandı - RƏSMİ

Azərbaycanda 173 tələbənin təhsil kreditinin tam yarısı bağışlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair brifinqdə məlumat verilib.

Qeyd olunub ki, kreditlərdən yararlanan 6 500-dən çox tələbə məzun olduqdan sonra götürdükləri kreditləri aylıq kiçik məbləğlərlə artıq geri ödəməyə başlayıb.

Bundan başqa, sosial təhsil tələbə krediti (TTK) alan 173 tələbənin Ümumi Orta Müvəfəqqiyyət Göstəricisi (ÜOMG) yüksək oduğuna görə götürdükləri kreditlərin tam yarısı dövlət tərəfindən bağışlanıb. 400-ə yaxın standart TTK alan məzunda isə bu güzəşt 25% təşkil edib.

Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanan vəsaitin ümumi məbləği təqribən 444 min manat təşkil edib.


Telegram kanalımız
Chosen
9
45
yenisabah.az

10Sources