EN

Avropa çempionu ağır zədələndi

Canluici Donnarumma ciddi zədə alıb.

PSJ-nin qapıçısı Liqa 1-in 16-cı turunun “Monako” ilə oyununda (4:2) sıradan çıxıb. 25 yaşlı futbolçu rəqib həmkarı Vilfrid Sinqo ilə toqquşub. Nəticədə Sinqonun butsu Donnarummanın üzünə ciddi xəsarət yetirib.

Qapıçı 22-ci dəqiqədə meydanı tərk etməli olub.

PSJ-nin italiyalı qolkiperin durumu haqda yaydığı məlumatda bildirilib ki, Canluicinin sifətinə paltardəyişmə otağında 10 tikiş qoyulub. İtaliya yığması ilə AÇ-2020-nin qalibi olan futbolçu tibbi müayinədən keçəcək və bir neçə gün hərəkətsiz qalmalı olacaq.

Chosen
21
football-plus.az

1Sources