EN

Nardoğandan gündoğana: Sevgililər üçün SINAMA VASİTƏSİ – FOTO

Gündüzlə gecə savaşır,
Sonunda hər zaman
Günəş qalib gəlir….

Bu gün Nardoğan bayramıdır. İslamdan öncə Türklərin hər il 21 dekabrda, çillədən bir gün sonra qış gündönümü bayramı olarak Nardoğanı bayram etdiyi iddiaları var. Türkoloq Murad Acı və şümeroloq Muazzez İlmiye Çığ Türkleəin İslamı qəbul etməzdən öncə Nardoğan bayramını qeyd etdiyini və bu bayramın Avropa, Orta Asiya və Sibirdə pagan xalqlarında görülən, Antik Yunanıstanda “Dionysos”, Antik Romada isə “Saturnalya” adıyla bayram edilən qış gündönümü şənlikkərinin bir halqası olduğunu iddia etmişlər.

Ümumiyyətlə, narın məna izlərinə mifoloji mənbələrdə çox rast gəlinir. Mifologiyada nar zənginliyin işarəsi, qəhrəmanlıq, yenilməzlik və gücün simvolu kimi qəbul olunur. Eyni zamanda, evlilik bağının çözülməzliyi, həyat və yenidən doğuşu simgələdiyi də işarə edilir. Nar türk xalqlarının mədəniyyətində, folklorunda nağılların, dastanların, atalar sözü, tapmaca və nəğmələrin də mövzusu olmuşdur. Nağıllarda nar bir tapmacanın cavabı, övladsız ailələrin uşaq sahibi ola bilməsi üçün sehrli bir meyvə, sevgililər üçün bir sınama vasitəsi, maddi və mənəvi hədiyyələr qazandıran bir vasitə, xəstəlikləri qabaqlayıcı sirli bir dərman, bəzən də talesizliklə nəticələnən bir hadisənin qaynağı olaraq işlənmişdir.

Nardoğandan gündoğana: <span style=color:red>Sevgililər üçün SINAMA VASİTƏSİ - FOTO

Nar təsvirlərinə Misir piramidalarında, qədim Bizans parçalarında və qədim yunanların ornamentlərində də rast gəlinir. Qədim Misirdə döyüşdən əvvəl döyüşçülərə nar yedirdirmişlər. Bu yolla onlara güc və yenilməzlik aşılanardı. Bundan əlavə, misirlilər narı müqəddəs saymış, onu həyat ağacı adlandırmış və yeni həyat yarada biləcəyinə inandıqları üçün demək olar ki, hər kəsi narla basdırmışlar.

İslamda narın özünəməxsus yeri vardır. Belə ki, nar Quran-i Kərimdə adı çəkilən 7 meyvədən biridir. Onu adı bu müqəddəs kitabda 3 dəfə çəkilir. Rəhman surəsinin 68-ci ayəsində belə deyilir: (Bu iki cənnətin) içlərində (görünməmiş) meyvələr, xurma və nar vardır”.

Ənam surəsinin 99-cu və 141-ci ayələrində də nardan bəhs olunur. “Çardaqlı və çardaqsız (üzüm) bağçaları, məhsulları növ-növ xurmaları, əkinləri, bir-birinə bənzər və bənzəməz şəkildə zeytun və narları yaradan Odur. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin.Yığılıb toplandığı gündə haqqını verin, lakin israf etməyin; çünki Allah israf edənləri sevməz”. (Ənam, 141), “Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün dəlillər vardır.(Ənam, 99) ; surələrində zikr edilən meyvələr və o cümlədən narın adını görə bilərik.

Azərbaycanda şifahi ədəbiyyatda, rəssamlıqda, xalq yaradıcılığında nar və narçiçəyi ən çox təsvir olunan, ifadə etdiyi mistik mənası ilə geniş istifadə olunan meyvələrdən biridir.

Surə Seyid

Naxçıvan

22.12.2024

Chosen
20
medianews.az

1Sources