EN

Yeni COVID epidemiyası başladı: Təhlükəlidir

Rusiyada “yüngül COVID” epidemiyası başlayıb.

KONKRET.az-ın xarici mediaya istinadla xəbərinə görə, ilk hallar noyabr ayında qeydə alınıb və o vaxtdan bəri yoluxmaların sayı artmaqdadır.

“Yüngül COVID”i necə tanımaq olar? olar?

Allerqoloq-immunoloq Vladimir Bolibokun verdiyi məlumata görə, “yüngül  COVID” “Omicron”un variantlarından biridir.

Həkimin sözlərinə görə, xəstəlik kəskin respirator virus infeksiyası kimi, yəni yumşaq formada irəliləyir.

Aşağıdakı əlamətlər müşahidə edilə bilər: temperatur 37,5 dərəcəyə qədər, boğaz ağrısı, baş ağrısı, ümumi pozğunluq, ağır zəiflik.

Mütəxəssis qeyd edib ki, “yüngül COVID” əlamətləri kəskin respirator virus infeksiyasından fərqlənmir.

Onun sözlərinə görə, “yüngül COVID”ə yoluxanların sayında artım normal həddədir.

Pandemiya aradan qalxmayıb, davam edir”, – Bolibok qeyd edib.

O, “yüngül COVID”in yaşlı insanlar üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib.

Həkimin izah etdiyi kimi, xəstələrin bu kateqoriyasında xəstəlik enterit və qastroenterit kimi bir həzm pozğunluğu ilə müşayiət olunur.

“Yüngül COVID” diaqnozuna gəlincə, Bolibokun sözlərinə görə, testlər onu yalnız ilk 3-5 gündə aşkar edə bilər. /Lent.az

Chosen
7
14
konkret.az

10Sources