EN

Prezident Ərdoğan: Yeni konstitusiya Türkiyə üçün lüks deyil, gecikmiş bir zərurətdir

"Yeni konstitusiya Türkiyə üçün lüks deyil, çoxdan gecikmiş bir zərurətdir. Bu istiqamətdə atılan addım “Türk yüz ili”nin hədəfinə daha tez çatmağa imkan verəcək".

“İki sahil” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Muğlada QHT nümayəndələri ilə görüş proqramında çıxış edən dövlət başçısı rəhbərlik etdiyi AK Partiyanın siyasi fəlsəfəsində ayrı-seçkiliyə yer olmadığını bildirib və deyib: "Təbii ki, seçki qutusunda birinci çıxmaq vacibdir. Amma əsl önəmli olan millətin xeyir-duasını almaqdır. Gecə-gündüz çalışırıq ki, xidmət edək. Bizim siyasi fəlsəfəmizdə ayrı-seçkilik yoxdur. Hər kəsin inancına, seçiminə və ya siyasi partiyasına görə ayrı-seçkilik yoxdur. Etnik mənşəyindən, dünyagörüşündən, seçki qutusuna baxışından asılı olmayaraq, 85 milyonun hər biri bizim əsl qardaşımızdır, ruhumuzun bir parçasıdır. Biz 85 milyonluq nəhəng ailəyik. Vətənimiz birdir. bayrağımız bir, himnimiz bir, dərdimiz bir, sevincimiz bir, gələcəyimiz bir, Allahın izni ilə bunu dəyişdirməyə heç kimin gücü çatmaz”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
27
5
ikisahil.az

10Sources