EN

Xaricdəki Azərbaycan Mədəniyyət mərkəzləri rəhbərlərinin Romada hesabat yığıncağı keçirilib

İtaliyanın paytaxtı Romada mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə Azərbaycanın xaricdə fəaliyyət göstərən Mədəniyyət mərkəzlərinin hesabat toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycanın Avstriyadakı Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova, direktor müavini Elgün Niftəliyev, Türkiyədəki mərkəzin direktoru Samir Abbasov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, mərkəzin direktor müavini Nadir Əlimirzəyev, Almaniyadakı mərkəzdən direktor müavini İsa Məmmədov və ölkəmizin Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova iştirak ediblər.

Yığıncağın məqsədi xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi, 2023–2024-cü illərə dair hesabatların dinlənilməsi və 2025-ci il üzrə fəaliyyət planlarının müzakirəsi olub.

Toplantıda qeyd olunan dövr üzrə hesabatlar dinlənilib, həyata keçirilən layihələr müzakirə edilib. Mərkəzlərin qarşıdakı ilə dair fəaliyyət istiqamətləri, nəzərdə tutulan tədbir və layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Chosen
3
2
xalqqazeti.az

3Sources