Azərbaycanda yerli investisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) fəaliyyətə başlaması üçün 53 manat xərc tələb olunur.
"Ölkə.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Yerli invstisiyalı MMC-nin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.
Qeyd olunub ki, qeydiyyatdan sonrakı prosedurlar üçün biznes tipli gücləndirilmiş imzanın əldə olunması 18 manat, möhürün alınması 35 manat xərc tələb edir.