EN

“Rusiya bazalarının taleyini suriyalılar həll etməlidir” – Türkiyə XİN

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyadakı Rusiya bazalarının taleyini bu ölkənin xalqı həll etməlidir.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “France 24” televiziya kanalına müsahibəsində deyib.

Nazir qeyd edib ki, Ankara Suriyada heç bir xarici hərbi bazanın olmasını dəstəkləmir. Onun fikrincə, onlar ölkəni tərk etməlidirlər.

“Lakin bu [qərar] Suriya xalqından asılı olacaq. Amma indi, gördüyümüz kimi, Rusiya öz bölmələrini yenidən yerləşdirmə prosesindədir və prosesin sonunda onlardan neçəsinin Suriyadakı bazalarda qalmağa davam edəcəyini bilmirik”, – deyə H.Fidan bildirib.

Chosen
11
5
yenicag.az

7Sources