''Fənərbaxça''nın başına keçdiyi gündən bu yana bəlkə də ən çox tənqid olunan dönəmini yaşayan və ''Eyüpspor''a qarşı son matçın ardından ilk dəfə fanatlar tərəfindən istefaya dəvət olunan Joze Mourinyo bu gün İstanbuldan ayrılacaq.
Yağız Sabuncuoğlunun paylaşdığı xəbərə görə portuqaliyalı mütəxəssisin səhhəti ilə bağlı problemi var və o, əməliyyat olunmaq üçün İstanbuldan ayrılacaq. Onun harda və nə vaxt əməliyyat olunacağı ilə bağlı məlumat yoxdu. Mourinyo çempionatda yaranmış fasiləni də nəzərə alaraq futbolçulara 1 həftəlik istirahət verib. Bu üzdən bu gün komandanın əcnəbi oyunçularının böyük əksəriyyəti də İstanbulu tərk edəcək.
Bu həftəsonu keçiriləcək 17-ci turdan sonra superliqada iki həftəlik fasilə yaranacaq. Növbəti tur yanvarın 3-də start götürəcək. ''Fənər'' həmin turda ''Hatayspor''u qəbul edəcək.
ƏLİ