EN

Bu iki əcnəbi azərbaycanlı baş məşqçini xəstəliyə salacaq

Yəqin ki, Azər Bağırov bu dəqiqə evdədir

. Papağını da qoyub qarşısına, oturub fikrə gedib.

«Neftçi» və «Sumqayıt»la son oyunların epizodları lent kimi gəlib keçir gözünün önündən.

Tez-tez köks ötürür və Kərim Lkouça ilə Viktor Braqanın qaçırdığı qol epizodlarını yada salıb, öz-özünə hirslənir – Sizi «Kəpəz»ə məsləhət görənin və bura gətirənin başına daş düşməsin.

Qorxulu anlardır. Heç bir məşqçi «şəkər» tapmaq istəməz. Bu sağalmaz xəstəliyə tutuldunsa, işin bitdi, oldun onun kəbinli arvadı.

Sonra qurtar canını, görüm, necə qurtarırsan.

Gərək bir dəfə «Kəpəz»in həkimlərindən maraqlanım. Yəqin mənə düzünü söyləyərlər. Azər Bağırovun hələ «şəkər» tapıb-tapmadığını.

Dərdi ağırdır hər bir halda. Kərim və Viktor kimi legionerlərlə meşəyə göbələk yığmağa getmək olmaz,

Bağırov onlarla «Kəpəz»i Premyer Liqada saxlamaq istəyirsə, getsin indidən istefa ərizəsini yazsın, aprel-may aylarını gözləməsin.

Döyüşə əsgərlərlə gedərlər, «şil-şiksətlər»lə yox daha.

Son iki turda itirdiyi xallar irəlidə «Kəpəz»in içini çox göynədəcək. Belə qəbildən olan oyunlarda hər qələbə 6 xal dəyərindədir.

Kərimlə Viktorun qapıçılarla üzbəüz qaldıqları epizodlarda topa vaxtında və düzgün zərbə endirməməsi «Kəpəz»ə əcəl təri axıtdırır indi.

KAMİL

Chosen
22
sportinfo.az

1Sources