EN

"Yarmarkalarda qiymət yüksəkdir, əhalini aldadırlar" - Ekspert

Bu gün Bakıda fəaliyyətə başlayan "Kənddən şəhərə" Yeni il yarmarkasında kənd təsərrüfatı məhsullarının qiymətinin yüksək olması ciddi müzakirələrə səbəb olub.
 
"Bunun adı manipulyasiyadır" - deyə  iqtisadçı Vahid Məhərrəmli Qaynarinfo-ya açıqlamasında deyib.
 
Ekspert təəssüflə bildirib ki, yarmarkada 10 gün satışla məşğul olan adamlar Bakı bazarlarından ora gətirilmiş adamlardır:
 
"Bu hal birinci dəfə deyil, uzun illərdir ki, davam edir. Əhalini aldadırlar. Əksər insanlar bilir ki, yarmarkada qiymət yüksəkdir, keyfiyyəti də aşağıdır. Ona görə də yarmarkalara gedən yoxdur. Məsələn, mənim özüm yarmarka ilk təşkil olunanda getmişəm. Sonra qiymətləri təhlil edəndə baxdım ki, ən yaxşısı bazardan almaqdır. Yarmarka adı ilə müştəriləri aldadırlar. 
 
Yalandan görüntü yaradırlar ki, guya şəhər camaatının kənd təsərrüfatı məhsullarını ucuz əldə etməsini istəyirlər".
 
Vahid Məhərrəmli deyir ki, yarmarka dayanıqlı və birbaşa fermerlərin iştirakı ilə keçirilməlidir:
 
"Əks halda bunu təşkil etməyə ehtiyac yoxdur. Belə olarsa, onun adını bazar qoymaq daha yaxşı olar. Yarmarkanın qaydası var, kəndli öz malını gətirib özü orada istehlakçılara təqdim etməlidir. Özünü və markasını tanıtmalıdır. Bazarı öyrənməlidir, tələbatı bilməlidir".
 
Ekspert hesab edir ki, bütün bunlar kəndlinin şəhər bazarını tanıması üçün bir imkana çevrilməliydi.
 
Xatırladaq ki, bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar tədarük və təchizat” ASC təşkilatçılığı ilə 7-ci "Kənddən Şəhərə" Yeni il yarmarkası fəaliyyətə başlayıb. 10 gün davam edəcək yarmarkada kartof 0,70-1,10 manata, kələm 0,70 manata, göyərtilər 1 ədədi 0,14 manata, mal ətinin kiloqramı 14 manata, toyuq ətinin kiloqramı 10 manata, hindkuşunun kiloqramı 13-18 manata, balığın 1 kiloqramı isə 6-13 manata təklif edilir. 
 
 
Chosen
5
2
moderator.az

3Sources