EN

Niderlandda Almaniyadakı terror aktından sonra “açıq sərhədlərə son qoymağa” çağırış edilib

Niderlandın ifrat sağçı Azadlıq Partiyasının lideri Gert Vilders Almaniyanın Maqdeburq şəhərində Milad bazarındakı insanların üzərinə avtomobilin sürülməsindən sonra Avropada “açıq sərhədlərə son qoymağa” çağırıb.

Bu barədə siyasətçi sosial şəbəkədə yazıb.

“Avropada növbəti vəhşi hücum – bu dəfə Səudiyyə Ərəbistanından olan şəxs tərəfindən [törədilib]. Yenə də çoxlu sayda günahsız qurbanlar, ölənlər və yaralananlar var. 20 ildən çoxdur ki, təkrar edirəm: açıq sərhədlərə son qoymaq vaxtıdır”, – Vilders bildirib.

Xatırladaq ki, dekabrın 20-də avtomobil sürücüsü Almaniyanın Maqdeburq şəhərində (Saksoniya-Anhalt federal torpağı) Milad yarmarkasının ziyarətçilərinin üzərinə sürüb. Hadisə nəticəsində 5 nəfər həlak olub, 205 nəfər xəsarət alıb. Ehtimal edilən suçlu Talib Əbdülmöhsəndir. O, sosial şəbəkələrdəki paylaşımlarında Almaniyadan “suriyalı cihadçılara” sığınacaq verdiyinə və guya “Avropanı islamlaşdırmaq istədiyinə” görə qisas alacağı ilə hədələyib.

Mənbə: report.az

Chosen
39
4
report.az

8Sources