EN

ABŞ Yəməndə husilərin komandanlıq məntəqələrinə hücumu təsdiqləyib

Bakı. Trend:

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmənin paytaxtı Sənada"Ənsar Allah" üsyançı hərəkatının yəmənli husilərin komanda-nəzarətməntəqələrinə və raket anbarlarına hava zərbəsi endirdiyinitəsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə komandalığın "X" sosialşəbəkəsindəki paylaşımında bildirilib.

"ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Sənada nəzarətetdikləri ərazilərdə İranın dəstəklədiyi husilərin idarə etdiyiraket anbarlarına və komanda-nəzarət məntəqələrinə hava zərbələriendiriblər", - deyə qeyd olunub.

Binanın Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə və ticarətgəmilərinə husilərin hücumları üçün əsas koordinasiya mərkəziolduğu bildirilib.

Mərkəzi Komandanlıq qüvvələri həmçinin Qırmızı dəniz üzərindəbir neçə pilotsuz uçuş aparatını (PUA) və gəmi əleyhinə qanadlıraketi vurublar.

Chosen
37
9
az.trend.az

10Sources