EN

Malinin mərkəzindəki kəndlərə edilmiş hücumlarda yaraqlılar 20 nəfəri öldürüblər

Malinin mərkəzi hissəsində silahlı döyüşçülərin bir neçə kəndə hücumu nəticəsində azı 20 nəfər həlak olub.

“Far.Az” xəbər verir ki, bu barədə AFP təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat verib.

Ekstremistlər Bandiaqara rayonunda Burari, Madina, Bangel-Tupe-Singel, Qaza, Massasege və Sonfunu yaşayış məntəqələrinə hücum ediblər. Silahlılar həmçinin yaşayış binalarını və taxıl anbarlarını yandırıblar.

AFP-nin məlumatına görə, kənd sakinləri arasında çoxlu yaralı var. Yerli hakimiyyət orqanlarına görə, döyüşçülərin həmlələri “xaos yaratmağa yönəlib”.

Mali iqtidarı ilə ekstremist və separatçı qruplar arasında silahlı münaqişə 2012-ci ildə başlanıb. O vaxtdan bəri ölkə böhran durumundadır, ilk növbədə təhlükəsizlik və sosial-iqtisadi inkişaf sahəsində.

Chosen
34
2
far.az

3Sources