Bibəriyyənin İNANILMAZ FAYDALARI
Bibəriyyə (red. - rozmarin) çox faydalı bitkidir.
Qlobal.net xÉ™bÉ™r verir ki, bu bitkinin yaddaşı güclÉ™ndirmÉ™kdÉ™n saç saÄŸlamlığını dÉ™stÉ™klÉ™mÉ™yÉ™ qÉ™dÉ™r bir çox sahÉ™dÉ™ müsbÉ™t tÉ™sirlÉ™ri var.Â
Həm yarpaqlarından əldə edilən yağ, həm də çay şəklində istehlak edilə bilən rozmarin ümumi sağlamlığı yaxşılaşdırmaq potensialına malikdir.
Tərkibindəki birləşmələr sayəsində güclü antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bədəndəki sərbəst radikalları neytrallaşdıran yüksək miqdarda antioksidant ehtiva edən rozmarin, bu xüsusiyyəti sayəsində hüceyrə zədələnməsinin azaldaraq, xroniki xəstəliklərin inkişafının qarşısını ala bilir.
Bibəriyyə beyindəki nörotransmitterlərin səviyyəsini artıraraq yaddaşa və konsentrasiyaya müsbət təsir göstərə bilər.
Tərkibindəki beyin funksiyalarını yaxşılaşdırmağa kömək edən birləşmələr yaddaş və konsentrasiyanı artıraraq zehni yorğunluğu azalda, eyni zamanda mədə turşuluğunu tənzimləyərək həzmi asanlaşdıra, qaz və şişkinlik kimi həzm problemlərini aradan qaldıra bilər.
Antibakterial xüsusiyyətləri sayəsində bədəni zərərli mikroorqanizmlərdən qoruya bilir. Qan dövranını yaxşılaşdıran və ürək sağlamlığını dəstəkləyən rozmarin qan təzyiqini tarazlaşdırmağa da kömək edir.
BÉ™zi tÉ™dqiqatlar göstÉ™rir ki, rozmarin xÉ™rçəng hüceyrÉ™lÉ™rinin böyümÉ™sini lÉ™ngidÉ™ vÉ™ bu hüceyrÉ™lÉ™ri öldürÉ™ bilir.Â
Bibəriyyə ağız qoxusuna səbəb olan bakteriyaları zərərsizləşdirə bilən antibakterial xüsusiyyətlərə malik fitokimyəvi maddələr ehtiva edir. Bu şəkildə ağız qoxusunu aradan qaldırmağa və diş xəstəlikləri ilə mübarizə aparmağa kömək edə bilər.
Bibəriyyənin efir yağının aroması qanda stres hormonu kortizol səviyyəsini azalda, beləliklə stres və narahatlıq hisslərini aradan qaldıra bilir.
Bu bitki saç sağlamlığı üçün çox faydalıdır. Saçları uzada, eləcə də saç follikullarını gücləndirərək saç tökülməsini azalda bilər. Daimi istifadə ilə saçlarınızı daha dolğun və sağlam göstərəcək. Kəpək və qaşınma kimi baş dərisi problemlərində faydalıdır.
Saçların təbii parlaqlığını artıra, daha canlı və sağlam göstərə bilər.
Bəzi araşdırmalar göstərir ki, rozmarin iştahı azaldır və bu da çəkiyə nəzarətə kömək edir. Bundan başqa bibəriyyə çayı həzm sistemi üçün çox faydalıdır.
Beləliklə bibəriyyə:
Xroniki xəstəliklərin qarşısını alır.
Yaddaş və konsentrasiyanı artırır.
Qaz və şişkinlik problemlərini aradan qaldırır.
İmmunitet sistemini gücləndirir.
Ürək sağlamlığını qoruyur.
Xərçəng riskinin qarşısını alır.
Beyin fəaliyyətini dəstəkləyir.
Stres və narahatlığı azalda bilər.
Ağrı və iltihabı azaldır.
Ağız qoxusunu aradan qaldıra bilir.
Arıqlamaq istəyənlər üçün faydalıdır.
Sidik yollarının infeksiyasının qarşısını ala bilər.
Saçlar üçün faydalıdır.