ABŞ-nin Alyaska ştatının sahilində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. Manset.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib. Məlumatda qeyd olunur ki, yeraltı təkanların episentri Ankoric şəhərindən 627 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 9,2 km dərinlikdə yerləşib. Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.