EN

AVROPA TRAMPIN DÖNÜŞÜNƏTAB GƏTİRƏ BİLƏCƏKMİ?

Dekabrın 22-də saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Rəhimlinin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Nəticədə sərnişinlər - 2000-ci il təvəllüdlü Səfər Rəşidov hadisə yerində və həmyaşıdı Şükür Şükürlü isə xəstəxanada ölüb. Sürücü və daha bir sərnişin isə xəsarət alıb.

 

Ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Chosen
27
senzor.az

1Sources