EN

Çin ABŞ-ın Tayvana 571 milyon dollarlıq hərbi yardımını tənqid edir

ABŞ Tayvana hərbi yardım üçün 571 milyon dollar ayırıb. Çin də öz növbəsində bu qərarı tənqid edib.

Bu barədə “Reuters” xəbər verir.

Çin Xalq Respublikası bu gün bildirib ki, yeni yardım paketi "bir Çin prinsipi"ni və Çin Xalq Respublikası ilə ABŞ arasında birgə kommünikelərin müddəalarını ciddi şəkildə pozur.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, ölkə öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün “bütün lazımi tədbirləri” görəcək. Həmçinin Çin Xarici İşlər Nazirliyi bəyanatında Tayvanı Çin-ABŞ münasibətlərində “keçilməməsi lazım olan qırmızı xətt” adlandırıb.

Oxuməni.az

Chosen
14
oxumeni.az

1Sources