EN

Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili: “Ərdoğan Suriyaya səfər edə bilər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya səfər edə bilər.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Suriyadakı

müvəqqəti işlər vəkili Burhan Köroğlu TVNET-ə açıqlamasında deyib.

Köroğlu, “xarici işlər nazirimiz Hakan Fidandan sonra prezidentimiz Ərdoğan da Dəməşqə gəlməyi düşünür” deyə bildirib.

O, yeni dönəmdə Türkiyə-Suriya münasibətlərinin Osmanlı zamanındakı kimi olacağını da əlavə edib.

Chosen
20
50
apa.az

10Sources