EN

Uşaqlar bizim gələcəyimizdir - Nigar Məmmədova

Uşaqlar bizim gələcəyimizdir Onların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmaları dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Bu gün ölkəmizdə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar hər zaman Heydər Əliyev Fondunu rəhbəri xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunub.
Uşaqların hərtərəfli inkişafı, vətənpərvər ruhda tərbiyələnmələri üçün hər birimiz çalışmalıyıq. Azərbaycan İncəsənət Məktəbinin kiçik yaş aktyor heyətinin həssas əhali qrupu qarşısındakı performansı da bu məqsədə xidmət edirdi.
Belə ki, azyaşlı istedadlılar Xırdalan şəhərindəki Abşeron rayon Heydər Əliyev Mərkəzində “Yeni İl Sərgüzəştləri” tamaşasını təqdim etdi. Tədbirə 300-ə yaxın həssas əhali qrupundan olan uşaqlar, Abşeron məktəbliləri, eyni zamanda qazi övladları və şəhid ailə üzvləri qatılmışdı.
14 nəfər kiçik yaş aktyor heyətinin iştirak etdiyi tamaşa anşlaqla keçdi və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Hesab edirəm ki, bu cür tədbirlər həssas əhali qrupundan olan övladlarımızın dünyagörüşünün daha da genişləndirilməsinə xidmət edir. Eyni zamanda onların cəmiyyətdəki proseslərdə aktiv iştirakına təkan verir.
Bir daha Mədəniyyət Nazirliyinə, Abşeron Rayon İcra Hakimiyyətinə, Azərbaycan İncəsənət Məktəbinin kiçik yaş aktyor heyətinə, məktəbin müəllimi, aktyor Rəhim Rəhimova həssas əhali qrupuna dəstək aksiyasındakı qatqılarına görə təşəkkürümü bildirirəm.

Nigar Məmmədova

Milli Məclisin deputatı

Chosen
33
yenigundem.az

1Sources