EN

Putin: Rusiya ABŞ ilə münasibətləri normallaşdırmağa hazırdır

Rusiya ABŞ və digər Qərb ölkələri ilə münasibətləri normallaşdırmağa hazırdır.

"Ölkə.az" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin yerli mətbuata müsahibəsində deyib.

Putin Rusiya - ABŞ münasibətlərinin bərpası barədə danışarkən söyləyib ki, istək olsa, hər şey mümkündür.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə hər şey dəyişir, yalnız maraqlar dəyişməz qalır: "Başqa ölkələrlə əlaqələr qurmaq üçün imkanlar və perspektivlər var. Biz buna hazırıq. Amma bu, Rusiyanın maraqlarına zidd olmamalıdır".

Chosen
11
11
olke.az

10Sources