EN

Tramp Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaqla hədələdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, ABŞ Panama kanalına nəzarətinə qaytarılmasını tələb edə bilər. O, kanaldan istifadəyə görə yüksək tarifləri tənqid edib və vurğulayıb ki, 1999-cu ildə onun təhvil verilməsi ABŞ-ın digər ölkələrə güzəştindən daha çox əməkdaşlıq jesti olub.

Qaynarinfo xəbər verir ki, "Truth” sosial şəbəkəsindəki paylaşımında Donald Tramp Panama kanalının ABŞ-ın ən mühüm strateji sərvəti olduğunu, ölkənin iqtisadi sabitliyini və təhlükəsizliyini təmin etdiyini qeyd edib.

"Bloomberg" yazır ki, kanalla daşınan yüklərin ümumi həcminin təxminən 3/4ü ABŞ-ın payına düşür. 

"Əgər kanalın Panamaya təhvil verilməsinin altında yatan mənəvi və hüquqi prinsiplərə əməl edilməzsə, biz onun tam qaytarılmasında israr edəcəyik”, deyə Tramp bildirib.

Panama kanalı beynəlxalq əhəmiyyətli ən mühüm nəqliyyat su yollarından biri hesab olunur. O, tamamilə Panama əyaləti daxilində yerləşir və Panamanın Sakit okean körfəzini Karib dənizi və Atlantik okeanı ilə birləşdirir. Kanal ABŞ tərəfindən tikilib və 1914-cü ildə açılıb. Amerika hakimiyyəti 31 dekabr 1999-cu ilə qədər dəniz yolu üzərində nəzarəti saxlayın, sonra onu Panama hökumətinə verib.

Aydın
Chosen
2
23
qaynarinfo.az

10Sources