EN

Vasili Berezutski: "Şamaxıda oynamaq çox çətindir"

"Bu oyunu qəti şəkildə aktivimizə yaza bilmərik. Yaxşı ki, qarşıda fasilə var. Mövsümün ikinci yarısına daha da yaxşı hazırlaşmalıyıq. Bizi çətin oyunlar gözləyir".

Apasport.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 18-ci turunun “Şamaxı” ilə matçından sonra keçirilmiş mətbuat konfransında danışıb. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Fasilədə nələri dəyişməyi düşünürsüz?

- Oyunçuları tanımaq üçün vaxtımız az idi. Amma artıq müəyyən şeyləri bilirik. Aqressiyanı daha da artırmaq istəyirik.

- Məğlubiyyətdə həlledici amil nə oldu?

- Bu gün "Şamaxı"nın əks-hücumları uğurlu alındı. Boşluqları bağlaya bilmədik. Bunun nəticəsində məğlub olduq. Sadə səhvlərimizi də qeyd etmək istəyərdim.

- Məğlubiyyəti çox sakit qarşıladız. Həyatda da xarakteriniz belədir?

- Beş əvəzetmə etdik. İkinci hissəyə yaxşı başlamışdıq. Amma standart vəziyyətdən sonra qol buraxdıq. Bundan sonra vəziyyət bir qədər mürəkkəbləşdi. Amma nə edə bilərik, futbol belədir.

- "Sabah" əvvəlki dövrlərdə də "Şamaxı" ilə oyunlarda çətinlik çəkirdi. Bu statistikadan məlumatınız var idi?

- Mən statistikaya baxmamışam. Amma Şamaxıda oynamaq çox çətindir. Bu çətinlik "Qarabağ"ın burada keçirdiyi oyunda da görünürdü.

Rəşad Sadıqov: “Meydanda istədiyim futbolu gördüm”

Cavid Hüseynov: “Bunu rəhbərlik də başa düşür”

“Zirə”dən səfər qələbəsi - YENİLƏNİB

“Sabah”ın 3 futbolçusu mükafatlandırılıb

Kurban Berdıyev: “Lazımsız xallar itirdik”

Chosen
18
5
apasport.az

7Sources