Arzu olunarsa, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin normallaşdırılması mümkündür, Rusiya belə bir istəyini heç vaxt itirməyib.
Leqal.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya" kanalına müsahibəsində bildirib.
O, Rusiyanın (ABŞ ilə-red) münasibətləri qurmağa hazır olduğunu deyib. Qeyd edib ki, münasibətlərin qurulması Rusiyanın maraqlarının zərərinə olmamalıdır.
Putin vurğulayıb ki, Qərb vəziyyəti gərginləşdirir, ona görə də Rusiya Federasiyası hər zaman istənilən çağırışa cavab verəcək.
Rusiya lideri üçüncü dünya müharibəsinin gedib getməməsi sualına isə belə cavab verib: "Təhlükələr artır, lakin heç kimi qorxutmağa ehtiyac yoxdur".
Leqal.info