EN

Prezidentin mətbuat katibi nəvəsini arvadının şousuna apardı - FOTO

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov nəvəsini geniş ictimaiyyətə göstərib. O, Alisa ilə həyat yoldaşı Tatyana Navkanın "Şelkunçik" adlı buz şousuna gedib.

“Cebheinfo.az” xəbər verir ki, Peskov cəmi bir neçə ay əvvəl nəvəsi - böyük oğlu Nikolayın bir qızı olduğunu deyib. Onun artıq yetkin olduğunu və məktəbdə oxuduğunu söyləyib. Onun sözlərinə görə, nadir hallarda danışırlar:

"Bilirsiniz, qız artıq yetkin olanda, dünyagörüşü haqqında danışanda çox maraqlı olur".

O, qızın "buruq" saçları olduğunu qeyd edərək, onun dəqiq yaşını açıqlamayıb.

Peskovun kiçik qızı Nadejda  da“Şelkunçik” tamaşasında iştirak edib.

Verilişə Ani Lorak, Tatyana və Anna Mixalkov, Olqa Buzova, reper ST həyat yoldaşı Assol və digər ulduzlar dəvət olunub.

Xatırladaq ki, Dmitri Peskov rəsmi olaraq üç dəfə evlənib. 5 uşaq (üç oğul və iki qız) atasıdır. Qızlar Lisa və Nadya ikinci həyat yoldaşı Yekaterina Solotsinskaya və üçüncü həyat yoldaşı Tatyana Navkadan dünyaya gəlib.

Chosen
41
cebheinfo.az

1Sources