EN

Oğuzdakı qəzanın təfərrüatı açıqlandı: 18 yaşlı gənc ... - FOTO

Bu gün rayonun Oğuz rayonunun Bayan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu qəzanın bəzi təfərrüatları barədə məlumat əldə edib. 

Hadisə şahidləri deyirlər ki, rayon sakini 18 yaşlı Kənan Ellazov idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. 
Şahidlər bildirirlər ki. nəqliyyat vasitəsi sürətlə idarə olunduğundan sürücü idarətetməni itirib.  

Nəticədə 18 yaşlı Kənan Ellazov və sərnişini, 37 yaşlı rayon sakini Qafqaz Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə cəlb edilən Təcili Tibbi yardım briqadasının köməyi ilə yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Burada onlara ilkin tibbi yardım göstərilib. Daha sonra həkimlərin məsləhəti ilə hər iki şəxs müalicələrini davam etdirmək məqsədi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza hadisəsi ilə bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Chosen
4
2
bizim.media

3Sources