Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər" mövzusunda keçirələcək Azərbaycan Din Xadimlərinin Forumunun iştirakları dekabrın 22-də Heydər məscidində vəhdət namazı qılıblar.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Forum iştirakçıları namazdan öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, ruhlarına dualar oxuyublar.