EN

Sizdə bu əlamətlər varsa, dəniz xəstəliyindən əziyyət çəkirsiniz

Dəniz xəstəliyi hamıya məlum olan bir xəstəlik növüdür. Amma çoxları bunu bir xəstəlik kimi qəbul etmir.

Axşam.az xəbər verir ki, bəzi insanlar avtomobilə, təyyarəyə, avtobusa minərkən ürəkbulanmasından, başgicəllənməsindən, yorğunluq və əzginlikdən əziyyət çəkirlər. Bu hala payız və qış aylarında daha çox rastlanır.

Buna "dəniz xəstəliyi" deyilir. Xəstəliyə bütün yaş qrupuna daxil olan insanlarda rast gəlinir. Dəniz xəstəliyi daxili qulaq, göz və boğaz xəstəlikləri zamanı başlayır. Xəstəlik sinir sistemi ilə əlaqədardır.

Bunun qarşısını almaq üçün aşağıdakıları etmək məsləhətdir:

· Yola çıxanda özünüzlə limon və zeytun götürün.

· Bir stəkan qaynar suya 0,5 çay qaşığı zəncəfil töküb dəmləyin. İlıq halda olan qarışığı yola çıxmazdan yarım saat əvvəl için.

Chosen
42
3
demokrat.az

4Sources