EN

Netanyahunu orada görmək istəmirlər..?

İsrailin baş naziri Benyamin Netanyahu Osventsim həbs düşərgəsinin azad edilməsinin 80-ci ildönümü üçün Polşaya gəlməyəcək.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Rzeczpospolita qəzeti məlumat yayıb.

Mərasimin yanvarın 27-də keçiriləcəyi, lakin Netanyahunu orada görmək istəmədikləri qeyd edilir.

Polşa xarici işlər nazirinin müavini Vladislav Bartoşevskinin aydınlaşdırdığı kimi, buna səbəb Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarı olub.

Qəzetin yazdığına görə, tədbirdə xarici işlər naziri Gideon Saar iştirak edə bilər.

Bundan əlavə, qeyd etmək lazımdır ki, İsrailin keçmiş prezidenti Reuven Rivlin Polşaya gəldiyi zaman Osvensim şəhərinin azad edilməsinin 75-ci ildönümündən fərqli olaraq, bu il onun varisi İsaak Hersoq böyük ehtimalla mərasimdə iştirak etməyəcək.

Əli Babayev

Chosen
15
sia.az

1Sources