Türkiyə xarici işlər naziri Hakan Fidanla hərtərəfli görüş keçirdik və Suriyanın gələcəyini müzakirə etdik.
Axar.az xəbər verir ki, bu sözləri Suriyada yeni hökumətin lideri Əhməd əl-Şara (Əbu Məhəmməd Colani – red.) deyib.
“Biz Türkiyə və Suriyanın iqtisadi əməkdaşlığına əhəmiyyət veririk. Dost ölkə Türkiyə inqilabın əvvəlindən Suriya xalqının yanındadır, bunu unutmayacağıq”, - Şara bildirib.
Lider həmçinin qeyd edib ki, Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.
“Bəşər Əsəd getdi. Burada günahsız insanlar cəzalandırılmamalıdır”.