EN

Gürcüstanın baş naziri prezidenti belə hədələdi


“Zurabişvili dekabrın 29-da öz postunu tərk etməli olacaq, görək həyatını harada - dəmir barmaqlıqlar arxasında yoxsa dəmir barmaqlıqlardan kənarda davam etdirəcək”.

News24.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata açıqlamasında bildirib.

O, Salome Zurabişvilinin Prezident vəzifəsində bir həftədən az vaxtı qaldığını, ona görə də bu həftə ərzində heç nə edə bilməyəcəyini deyib.

“Düzdür, bəzi avropalı siyasətçilər və rəsmilər iddia edir ki, dekabrın 29-na qədər hələ çox şeylər ola bilər, amma sizi əmin edirəm ki, dekabrın 29-a qədər çox şey olmayacaq, Gürcüstanda radikal müxalifət qalib gəlməyəcək. Müvafiq olaraq, radikal müxalifət, o cümlədən Salome Zurabişvili tərəfindən heç bir ciddi plan təqdim olunmayacaq. Dekabrın 29-da o vəzifəsindən getməli olacaq, görək həyatına harada davam edəcək - dəmir barmaqlıqlar arxasında, yoxsa barmaqlıqlardan kənarda”, - deyə baş nazir bildirib.

Kobaxidze qeyd edib ki, Gürcüstan MSK seçkilərin nəticələrinə yekun vurub, Konstitusiya Məhkəməsi isə seçkilərin legitimliyini təsdiqləyib, ona görə də təkrar parlament seçkilərinin təyin edilməsi üçün heç bir əsas yoxdur:

"Parlament hökumətin tərkibinə etimad göstərib, ona görə də təkrar seçkilər üçün heç bir səbəb yoxdur. Prezidentin müvafiq bəyanatı tamamilə gülünc olardı, lakin bu eyni zamanda həm də cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsində belə bir əmələ görə, uzunmüddətli azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan müvafiq qeydlər var".

Qeyd edə ki, bu gün saat 21:00-da Prezident Salome Zurabişvilinin ictimaiyyətə müraciəti planlaşdırılıb./APA



Chosen
1
17
news24.az

10Sources