EN

Almaniya Səudiyyə Ərəbistanının məktublarını heçə sayır: TERRORÇU SKANDALI

Səudiyyə Ərəbistanı hökumətinə yaxın mənbə BBC-yə açıqlamasında bildirib ki, Ər-Riyad Almaniya hakimiyyətinə o ölkəyə sığınmış Əbdülmohsen əl-Abdulmohsenin “çox radikal və ekstremist baxışlara” sahib olduğu barədə dörd rəsmi xəbərdarlıq göndərib. Məktublar Almaniyanın Xarici İşlər Nazirliyinə və kəşfiyyat xidmətlərinə çatdırılsa da, mənbənin iddiasına görə, bu xəbərdarlıqlar tamamilə görməzdən gəlinib və cavabsız qalıb.

Mənbə qeyd edir ki, məktublarda Əbdülmohsen əl-Abdulmohsenin fəaliyyəti, baxışları və mümkün təhlükəsi ilə bağlı konkret məlumatlar yer alıb. Lakin Almaniya hakimiyyəti bu məlumatları ciddiyə almayıb, nəticədə "radikal baxışları olan şəxsin" ölkədə fəaliyyət göstərməsi ilə bağlı risklər artıb.

Musavat.com bildirir ki, BBC-nin verdiyi məlumata görə, məktublar Almaniya hökumətinin yüksək vəzifəli şəxslərinə və kəşfiyyat xidmətlərinə ünvanlanıb. Məktublarda təkcə ekstremizm deyil, həm də onun mümkün nəticələri barədə geniş təfərrüatlar olduğu iddia edilir. Bununla belə, Səudiyyə Ərəbistanına görə, Almaniya tərəfindən heç bir tədbir görülməməsi vəziyyətin nə qədər təhlükəli ola biləcəyini göstərir.

Bu hadisə Səudiyyə Ərəbistanı ilə Almaniya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərində ciddi problemlərin olduğunu ortaya qoyur.

Musavat.com

Chosen
26
musavat.com

1Sources