Bakı. Trend:
Yəmənin "Ənsar Allah" hərəkatına bağlı husi üsyançıları dekabrın21-də Qırmızı dənizdə ABŞ-nın "USS Harry S. Truman" təyyarədaşıyanqrupuna raketlər və dronlardan istifadə edərək hücum ediblər.
Trend-inməlumatına görə, bu barədə husilərin nəzarətində olan "Al Masirah"telekanalı xəbər yayıb.
Husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariyanınsözlərinə görə, hücum nəticəsində ABŞ-a məxsus F/A-18 qırıcısıvurulub. O bildirib ki, "silahlı qüvvələr ölkəmizə qarşı aqressivhücuma cavab olaraq "USS Harry S. Truman" təyyarədaşıyan gəmisinivə onu müşayiət edən esminesləri hədəfə alıb".
Sarianın açıqlamasına əsasən, hücum zamanı səkkiz qanadlı raketvə 17 pilotsuz uçuş aparatı (PUA) istifadə olunub. Hadisəninnəticələri ilə bağlı əlavə məlumat hələlik paylaşılmayıb.