EN

Netanyahu qorxdu, bu səfərdən imtina etdi

İsrailin Baş naziri Benyamin Netanyahu həbs olunacağından qorxaraq, gələn ay nasistlərin Osvensim düşərgəsinin azad edilməsinin 80-ci ildönümü ilə bağlı tədbirlər üçün Polşaya getməyəcək.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Böyük tədbir yanvarın 27-də keçiriləcək Beynəlxalq Holokostu Anma Gününə planlaşdırılıb və Böyük Britaniya kralı III Çarlz da daxil olmaqla, onlarla lider və dövlət başçısının iştirakı gözlənilir.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verib.
Chosen
14
3
sherg.az

10Sources