“Zirə”nin qapıçısı Aydın Bayramov ölkə çempionatlarında 100-cü oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, 28 yaşlı qolkiperin yubileyi Misli premyer-liqasının 15-ci turuna təsadüf edib. O, “Səbail”lə səfər görüşündə (1:0) 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, daha əvvəl "Sumqayıt" və "Turan Tovuz"da oynayan Aydın Bayramov 2023-cü ildən "Zirə"də çıxış edir.