“Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Rusiya prezidenti Vladimir Putinlə görüş keçirmək fürsətini gözləyirəm”.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib
Tramp Putinin onunla tez bir zamanda görüşmək istədiyini dediyini vurğulayıb: “Prezident Putin mənimlə tez bir zamanda görüşmək istədiyini söyləyib. Ona görə də biz bunu gözləməliyik, amma bu müharibəni bitirməliyik”.
ABŞ-nin yeni lideri Rusiya-Ukrayna münaqişəsini dəhşətli adlandırıb və həmçinin təkrarlayıb ki, Ağ Evin hazırkı rəhbəri Co Baydenin yerinə prezident olsaydı, bu, baş verməzdi.