EN

"Qalatasaray"a uduzan komandanın prezidenti istefa verdi: "Mənim üçün bu kitab bağlandı..."

"Rəhbərlik istefa versin deyə hayqıranlar rahatlasın. Mənim üçün bu kitab bağlandı. İstefa verdim".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Qalatasaray"a doğma meydanında 5-1 məğlub olan "Kayserispor" prezidenti Əli Çamlı matçdan sonrakı açıqlamasında deyib.

Çamlı "Qalatasaray"ı qalib gəldiyinə görə təbrik edib: "Bu, bir matçdır. Nəticə 5-1, 6-1 və ya 4-1 də ola bilər. Bunun fərqi yoxdur. Bu, "Rəhbərlik istefa versin" bağıranlar artıq rahatlasınlar. "Kayserispor üçün etdiklərimdən əsla peşman deyiləm. Mən şəhərimi sevən adamam. Uzun illər “Kayserispor”da xidmət edirəm. Qoy indi də istefa bağıran dostlar gəlib buranı idarə etsinlər, biz də bacardığımız qədər onlara dəstək olaq". 

Fərid ASLAN

MİA.AZ

Chosen
24
mia.az

1Sources