Türkiyəli jurnalist Fulya Öztürk Suriyanın Hələb şəhərində yaşayan xristian icması ilə maraqlı reportaj hazırlayıb.
Musavat.com xəbər verir ki, reportajda diqqətçəkən məqam, Hələbdəki xristian icmasının üzvlərinin Türk dilində səlis danışması olub. Bu, həmin bölgədə illər boyu mövcud olan tarixi və mədəni əlaqələrin canlı nümunəsidir.
Müsahibə zamanı icma üzvləri gündəlik həyatlarından, regionda yaşadıqları çətinliklərdən danışıb. Onlar xüsusilə müharibənin gətirdiyi dağıntılar, iqtisadi çətinliklərdən bəhs ediblər.
Hələbdəki xristian icmasının Türk dilində danışması onların Osmanlı dövründən bəri formalaşan tarixi bağlarının bir göstəricisidir.
Musavat.com