EN

Moskvaya səfərim Zelenskiyə cavab idi - Fitso

Moskvaya səfərim Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukrayna üzərindən qaz tranzitinin dayandırılması ilə bağlı sözlərinə reaksiyadır.

Axar.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.

“Bugünkü görüşüm Vladimir Zelenskinin sözlərinə reaksiya idi. Zelenski cümə axşamı sualıma cavab verdi ki, o, Ukraynadan bizim ərazimizə qaz tranziti ilə bağlı istənilən variantın əleyhinədir”, - nazir bildirib.

Qeyd edək ki, ötən gün Fitso Moskvaya səfər edib.

Chosen
24
axar.az

1Sources