Azərbaycan millisinin üzvü Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, onun çıxış etdiyi "Bandırmaspor" 17-ci turda "Erokspor"un qonağı olub.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. Görüşə ehtiyat oyunçular skamyasında başlayan Diniyev 72-ci dəqiqədə - hesab 1:1 olanda meydana daxil olub.
Qeyd edək ki, 33 xal toplayan "Bandırmaspor" 2-ci pillədə qərarlaşıb və liderdən 2 xal geri qalır.