EN

Yeni ilin qeyd edilməsinə kimlər mane olurdu? - Sarsılmayan adət-ənənələr

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ta qədimlərdən günümüzə qədər dəyişən təqvimlər və dəyişən təqvim günlərinin bayram edilməsi, insanların gələcək günlərdən umduqları, təzə ilin başlaması ilə gələn o yenilənmə və ümid tarix boyu dəyişməz olaraq qalıb.
Elə bu səbəbdəndir ki, bəşəriyyət Yeni ili min illərdir qeyd edir. Yeni ili qeyd etməyin tarixini araşdırsaq görərik ki, bu, Mesopotamiya dövrünü əhatə edir. Yəni eramızdan 2000 il əvvəl. Bu bayram yaz gecə-gündüz bərabərliyi zamanı keçirilərdi. İnsanlar yazın gəlişini və təbiətin oyanmasını bayram edərmişlər.
Bu bayram Şumer-Akkad mifologiyasındakı baş tanrı sayılan Mardukun şəninə qeyd olunardı. Bu zaman insanlar 12 gün ərzində işləməzdilər. Rituallar keçirər və Tanrılarına yaxşı əməl sahibi olacaqlarına dair söz verərmişlər.
Qədim misirlilər, finikiyalılar yeni ili payız gecə-gündüz bərabərliyi günündə qeyd edirdilər. Bu tarix eramızdan əvvəl 7 ci-əsri əhatə edir. Bayram təqribən 20 sentyabrda baş tuturdu. Əsl məhsul bayramını xatırladan bu təntənə Nil çayında suyun artmasına həsr olunurdu. Bu nəhəng çay torpaqlara can verər və yeni həyatın rifahla başlanacağını vəd edərdi. Misirlilər bu bayramda Nil tanrısına qurbanlar kəsərdilər ki, sudan bol məhsul götürə bilsinlər. Yeni il ərəfəsində şam ağacı bəzədilməsi daha çox 19-cu əsrdən başlayaraq adət halını alıb.
Əvvəllər bu ağac Milad bayramı ilə assosiasiya olunsa da, sonralar Sankt-Peterburqun ən böyük meydanında qurularaq bəzədilirdi. Şirniyyatlarla, şamlarla və sair əşyalarla bəzədilən şam ağacının üstündə, altında nə var idisə, hamısı hədiyyə hesab olunurdu. Sovetlər Yeni ilin keçirilməsinə belə müdaxilə edərək illərlə bəzədilən şam ağacına, bayrama münasibəti dəyişir. Şam ağacı da, Yeni ilin bayram edilməsi də aradan qaldırılır.
Bayram günləri iş günü elan olunur. Keçən əsrin 20-ci illərində isə heç kəsi bu bayramı evində belə qeyd etməyə icazə vermirdilər. Buna nəzarət edən məsul şəxslər də var idi. İnsanların evinə girərək yoxlayırdılar ki, görsünlər şam ağacı bəzədilib, ya yox. Amma bu, çox sürmür.
1936-cı ildə şam ağacı əvvəlki kimi Yeni ilin əsas simvoluna çevrilib və bu ənənə indiyədək davam edir. Bir çox ölkələrdə bəzədilən şam ağacı bolluğun rəmzi sayılır.
Ətraflı Baku TV-nin süjetində:
Chosen
7
1
oxu.az

10Sources