EN

Trampın "Panama savaşı" ALOVLANIR: "Bunu sonra görəcəyik"

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalı uğrunda mübarizə aparacağına eyham vurub.

Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Tramp Panama prezidenti Xose Raul Mulinonun gəmiçilik kanalının hər kvadratmetrinin yalnız Panamaya aid olması barədə bəyanatını şərh edərkən, "Bunu sonra görəcəyik" deyib.

Tramp Panama kanalının üzərində ABŞ bayrağının dalğalandığı fotonu da yayımlayıb.

"Birləşmiş Ştatlar Kanalına xoş gəlmisiniz", - paylaşıçmda qeyd edib.

Chosen
35
publika.az

1Sources