EN

Almaniyada son rəy sorğusu ifrat sağın Kansler vəzifəsinə namizədinin reytinqinin yüksək olduğunu göstərir

Almaniyada INSA İctimai Araşdırmalar İnstitutunun bazar günü açıqladığı rəy sorğusunun nəticələri ifrat sağçı, Almaniya üçün Alternativ Partiyasının (AfD) Kansler vəzifəsinə namizədi Alis Vaydelin öndə olduğunu göstərir.

“İki sahil” xəbər verir ki, INSA-nın “Bild” qəzeti üçün keçirdiyi rəy sorğusuna qatılanların 24 faizi AfD-nin namizədini Kansler kimi görmək istədiklərini ifadə ediblər. Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Merts ondan 4 faiz geri qalır. Bu göstərici Almaniyanın qərbində hər iki namizəd üçün 22 faiz olduğu halda, ölkənin şərqində Alis Vaydel üçün 36, Fridrix Merts üçün isə 16 faiz təşkil eidr. Alis Vaydel gənc seçicilər tərəfindən də dəstəklənməkdədir. Belə ki, gənc seçicilərin 23 faizi qadın namizədə, 12 faizi isə CDU liderini Kansler vəzifəsində görmək istəklərini bildiriblər. Hətta CDU seçicilərinin üçdəbiri Fridrix Mertsi Kansler kimi görmək istəmədiklərini qeyd ediblər.

Respondentlərin cəmi 15 faizi hazırkı Kansler, Sosial Demokrat Partiyasının namizədi Olaf Şoltsu, 14 faizi isə vitse-kansler, iqtisadiyyat naziri Robert Habeki hökumət rəhbəri vəzifəsində görmək istədiklərini ifadə ediblər.

Partiyalar üzrə reytinq siyahısında 32 faizlə CDU-CSU ilk sıradadır. AfD 20 faizlə ikinci, SPD isə 16 faizlə üçüncüdür. Rəyi soruşulanların 12 faizi Yaşıllar Partiyasına, 8 faizi Zahra Vaqenknext İttifaqına (BSW), 5 faizi Azad Demokrat Partiyasına (FDP), 3 faizi Sol partiyaya, 4 faizi isə digərlərinə səs verəcəklərini bildiriblər.

Chosen
4
3
ikisahil.az

4Sources